Göygöldə “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı silsilə tədbirlər davam etdir
06 iyul 2023 | 12:42
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Göygöl Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Gənclər və İdman idarəsinin Zaur Abbasov və fəal rayon gəncləri iştirak edib.
Tədbirdə gənclərə müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu və müstəsna xidmətləri barədə geniş və ətraflı məlumat verilərək, gənclərin sualları cavablandırılıb.