Göygöldə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti təşkil olunub
15 iyun 2023 | 18:43
15 iyun 2023-cü il tarixdə Göygöl şəhər Heydər Əliyev adına parkda yerləşən “Yay kinoteatrında” 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti təşkil olunub. Göygöl Rayon İcra hakimiyyəti və Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndələyinin və Mədəniyyət mərkəzinin təşkil etdiyi bayram konsertində Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Şəhid ailələri, Qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konsertdə yerli sənətkarların ifasında rəngarəng musiqi nömrələri təqdim olunub.
Eyni zamanda sənətkarların əl işlərindən ibarət “ArtFest” incəsənət sərgi-yarmarkası təşkil olunub. Sərgidə respublikanın müxtəlif bölgələrindən 60 sənətkarın əl işləri, rəsm əsərləri və kitablar nümayiş olunub və satışı təşkil edilib.