Göygöldə 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü qeyd edilib
01 noyabr 2023 | 14:43
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Kənd təsərrüfatına dövlət dəstəyi proqramına start verilməsi, bu yöndə qəbul olunan qərarlar, imzalanmış Fərman və Sərəncamlar, həmçinin fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi, bütövlükdə fermerlər və kəndlilərə hərtərəfli diqqət və qayğının göstərilməsi dövlətin kənd təsərrüfatına, kəndə və kəndliyə münasibətini göstərir, nəticədə iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının hər bir sahəsinin davamlı inkişafına real zəmin yaradır.
Göygöl Rayon İcra Hakimiyyətinin qarşısında, 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibəti ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdulrəhmanov, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Valeh Əsədov və aidiyyəti müəssisələrin əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Kənd təsərrüfatı işçilərini Peşə Bayramı Günü münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmiz üçün iqtisadi cəhətdən strateji əhəmiyyətli və səmərəli olan kənd təsərrüfatı sahəsinin inkişafında bol-bol nailiyyətlər diləyirik.