Göygöl-Toğanalı avtomobil yolunun sol hissəsində təmizlənmə işləri həyata keçirilib
12 iyul 2024 | 12:46
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublika ərazisində meşə ərazilərinin tullantılardan təmizlənməsi ilə əlaqədar keçirilən təmizlik aksiyası çərçivəsində Göygöl-Toğanalı avtomobil yolunun sol hissəsində təmizlənmə işləri həyata keçirilmişdir.
Keçirilən təmizlik aksiyası çərçivəsində 10 saylı RETSİ-nin, 10 saylı RMTM və Göygöl Rayon İcra Hakimiyyəti başçısının Çaykənd və Toğanalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları iştirak etmişlər.
Ümumilikdə 40 nəfərin iştirak etdiyi tədbirdə 10 saylı RMTM-nin 7a saylı meşə dolayının ərazisi tullantılardan təmizlənmiş, toplanmış 250 kq-a yaxın tullantılar polietilen torbalara toplanaraq 10 saylı MKTİB-ə məxsus nəqliyyat vasitəsi ilə aidiyyatı üzrə daşınmışdır.