Şriftin ölçüsü :

Saytın rəngi :

GÖYGÖL SUVARMA SİSTEMLƏRİ İDARƏSİ TƏRƏFİNDƏN CARİ İLİN I RÜBÜ ƏRZİNDƏ FƏALİYYƏT

19 aprel 2022 | 12:24

Ölkədə ərzaq təhlükəsizliyinin uğurlu həlli üçün kollektiv böyük əzmlə sahələrdə çalışır. Çünki əkinin məhsuldarlığını  artırmaq  üçün meliorasiya və  suvarma  prioritet  məsələlərdəndir.

              Belə günlərdə bol məhsula təminat yaradan əsəs şərtlərdən biri əkinlərin vaxtlı-vaxtında suvarılmasıdır. Atalar yaxşı demişlər: Su həyatdır. Məhz bu baxımdan bu çətin və şərəfli vəzifə Göygöl Rayon Suvarma Sistemləri İdarəsinin üzərinə düşür. Aqrar sahələrdə aparılan islahatlarla paralel meliorasiya və su təsərrüfatında da həmahəng məqsədyönlü islahatlar aparıldı. Bu gün ölkəmizdə bu sahəyə diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bir çox irimiqyaslı layihələr  həyata keçirilir.

              2022-ci ilin I rübü ərzində suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün Göygöl Suvarma Sistemləri İdarəsində həmin dövr üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq işlər yerinə yetirilib. Kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirmək məqsədi ilə kanalların su limitləri təsdiq edilmiş, dövlət təsərrüfatlarının, fermerlərin, digər sudan istifadə edən qurumların və şəxslərin suya olan tələbatını ödəmək üçün rüblük tələb olunan bütün işlər təmir planına uyğun olaraq görülüb.

              2022-ci ilin I rübü ərzində Göygöl rayonu ərazisində 15210 ha suvarılan sahələrdən əkilmiş kənd təsərrüfatı bitkilərinin suvarılması təmin edilib.

              İdarə üzrə suvarmada 296 ədəd subartezian quyusunun (5820 hektarı təmin etməklə) və 10 ədəd su nasos stansiyalarının (1294 hektarı təmin etməklə) suvarma suyundan istifadə olunub.

              2022-ci ilin I rübü ərzində idarənin balansında olan meliorasiya və irriqasiya sistemlərinin normal saxlanılması və qəzasız fəaliyyəti təmin edilib.

              Lildən təmizlənmə üzrə mexanizmlərlə 130 min.m3 lildən təmizlənmə işləri görülüb. Rayon ərazisində sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müvafiq işlər görülmüşdür.

              Sel və daşqınların qarşısını almaq üçün Gəncəçay, Kürəkçay və Qoşqarçayın məcraları mexanizimlə tənzimlənmiş, Nadel, Mollaosman, Qızılca və Bəhrəmbağ arxların və kanalların dəhnələri şitlər, beton bloklar və digər digər vasitələrlə möhkəmləndirilib, sahil bərkitmə işləri aparılıb.

   34 min m3 həcmində çay məcrasında təmizlənmə işləri görülüb.

            10 ədəd hidrotexniki qurğu, 6 ədəd hidropost cari təmir edilmiş, arxlarda və kanallarda 15 min m2 kol-koslardan təmizləmə işləri aparılıb. Boru kanallarda isə 2.0 km-dək hissədə cari təmir işləri başa çatdırılıb.

            Həmçinin Xanlar və Ərəbli arxlarında da cari təmir işləri görülüb. Kürəkçay və Qoşqarçaydan mənbəyini götürən qapalı borularda korroziyaya uğramış və deşilmiş hissələri kəsilərək götürülüb, həmin yerlər yeni boru ilə əvəzlənərək qaynaq edilib.

            2022-ci ilin I rübü ərzində fermerlərin, fiziki və hüquqi şəxslərin əkin sahələrini suvarma suyu ilə təmin etmək, həmçinin kənd təsərrüfatı məhsullarının artırılmasına zəmin yaratmaq məqsədi ilə 59 ədəd subartezian quyularının elektrik nasoslarında cari təmir işləri aparılıb. İdarənin balansında olan 10 ədəd nasos stansiyalarında da təmir planına uyğun olaraq təmir işləri başa çatdırılıb. Çaylı nasos stansiyasında isə nasosun suburaxma qabiliyyətini artırmaq məqsədi ilə nasos stansiyasında SNS 300/240 markalı 315KV –lıq 1500d/d 380V -lıq elektrik mühərriki ilə birlikdə təzə nasos aqreqatı quraşdırılıb. Əlavə olaraq digər nasos stansiyalarında da təmir planına uyğun olan bütün işlər görülüb. Bunların nəticəsində isə nasos stansiyalarının suvarma əhatəsində olan 1294 ha əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırıb.

            Rayonumuzda əkin sahələrinin suvarma suyuna olan tələbatını yaxşılaşdırmaq məqsədi ilə əlavə tədbirlər planına uyğun olaraq Möhtərəm Cənab Prezident İlham Əliyevin məlum sərəncamına əsasən rayonumuzda daha 5 yeni subartezian quyularının qazılması planlaşdırılmışdır. Bunlardan 1 ədəd Balçılı kəndi, 1 ədəd Quşqara kəndi, 1 ədəd Səmədli qəsəbəsi olmaqla 3 ədədində lülə kolon hissələri qazılaraq başa çatdırılıb.

            Nadil kəndində 1 ədəd, Quşqara kəndində 1 ədəd olmaqla 2 ədədində isə qazma işlərinə hazırlıq işləri aparılır. Göstərilən subartezian quyuları qazılıb istifadəyə verildikdən sonra daha 112 ha əkin sahəsinin və eləcə də əkin dövriyəsinə qoşulacaq yeni sahələrin suvarma suyuna olan tələbatı yaxşılaşdırılacaqdır.

            Göründüyü kimi 2022-ci il ərzində suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün Göygöl Suvarma Sistemləri İdarəsində həmin dövr üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq uğurla yerinə yetirilmişdir. Kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirmək məqsədilə kanalların su limitləri təsdiq edilmiş, dövlət təsərrüfatlarının, fermerlərin, digər sudan istifadə edən qurumların və şəxslərin suya təlabatını təmin etmək üçün lazım olan bütün işlər görülmüşdür.

Keçidlər