Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Suvarma Sistemlər İdarəsi işini günün tələbləri səviyyəsində qurur

12 oktyabr 2022 | 15:50
     Göygöl Suvarma Sistemləri İdarəsinin balansında olan “Ərəbli” kanalı 1953-cü ildə istismara verilmişdir. “Ərəbli” kanalının uzunluğu 25.3 km, su buraxma qabiliyyətinin maksimum 2.5 m3/san, normal 0.8 m3/san-dir. “Ərəbli” kanalın suvarma əhatəsində 925 hektar əkin sahələri vardır.
     Uzun müddət istismar olunduğundan “Ərəbli” kanalının təmir bərpa olunmasına ehtiyac yaranmışdır. Ərəbli kanalının 6 km hissəsi beton üzlüyə alınsa da qalan 19.3 km isə torpaq macəralıdır. Bu səbəbdən də kanaldan ötürülən suvarma suyunun itkisiz sahələrə çatdırılması üçün daha 2 km (PK 22.00-PK 44.00) hissəsinin beton üzlüyə alınması zərurəti yaranmışdır.
     Beləliklə 10  sentyabr 2022-ci il tarixidən etibarən “Ərəbli” kanalının beton üzlüyə alınması məqsədi ilə Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən işlərə start verilmişdir.  Bununla da kanal vasitəsi ilə ötürülən suvarma suyunun sahələrə itkisiz və vaxt baxımından daha tez çatdırılması üçün zəmanət yaranmışdır. Bu istiqamətdə işlər davam etdirilir. 
Keçidlər