Göygöl şəhər Şəhidlər Xiyabanı əsaslı təmir olunur
Göygöl şəhər Şəhidlər Xiyabanında əsaslı təmir-bərpa işləri həyata keçirilir. Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin icraçısı, başçının birinci müavini Turani Əliyev Göygöl şəhər Şəhidlər Xiyabanında aparılan təmir-bərpa işləri ilə tanış olub.
Şəhidlər xiyabanında səliqə-sahman yaradılıb, məzarların ətrafına yeni mərmər plitələr döşənib, bordürlər yenilənib, hasarlarda suvaq işləri görülüb. Şəhidlər xiyabanının giriş hissəsinə və keçidlərə asfalt örtüyü tökülüb. Xiyaban boyunca xeyli sayda yeni ağac və gül kolları əkilib, əvvəl əkilmiş ağaclara gündəlik qulluq göstərilir. Şəhidlər Xiyabanının gecə işıqlandırılmasının qənaətbəxş səviyyədə təmin edilməsi məqsədi ilə əlavə işıq dirəklərinin basdırılması ilə bağlı Turani Əliyev tərəfindən tapşırıq və tövsiyyələr verilib.