Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl şəhər 5 nömrəli tam orta məktəbdə maarifləndirici görüş keçirilib

22 dekabr 2022 | 19:51
Göygöl rayon Polis şöbəsi, Təhsil şöbəsi və Mühafizə bölməsinin birgə təşkilatçılığı ilə şəhər 5 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçirilib, “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” və “Uşaqlar və yol hərəkəti təhlükəsizliyi” mövzularında maarifləndirici söhbətlər aparılıb.
Görüşdə Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Zaur Nəsirov çıxış edərək bildirib ki, istər valideynlər, istərsə də ictimaiyyətin nümayəndələri, öz gələcəyinə biganə olmayan insanlar bu sahədə fəal mövqe tutmalı, yeniyetmə və gənclərin sağlam həyat yaşaması üçün ciddi addımlar atmalıdır. Bu məqsədlə dövlət tərəfindən narkomanlıqla mübarizə üçün bütün lazımi addımlar atılıb. Xüsusən yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür zəruri şərait yaradılıb.
Tədbirdə çıxış edən digər məruzəçilər də şagirdlər üçün faydalı məlumatlar veriblər.
Keçidlər