Göygöl sakinləri və rayonumuzun qonaqları,
06 sentyabr 2022 | 16:21
Göygölün rəngarəng təbiəti, yaşıl meşələri, çayları, möhtəşəm dağları, gözoxşayan çəmənlikləri və gözəllikləri sözlə təsvir oluna bilməz. Təbiəti qorumaq, onun flora və faunasına can yandırmaq hər birimizin mənəvi dəyəri və borcudur.
Rayon ərazisindən axan Kürəkçay çayı ətrafındakı müşahidələr göstərir ki, çay Toğanalı və Çaykənd kəndlərinə istirahətə gələnlər tərəfindən çirkləndirilir. Bu isə nəticədə təbiətin flora və faunasının məhv olmasına gətirib çıxarır. Tullantıları aradan qaldırmaq məqsədi ilə Kürəkçay çayının Toğanalı kəndi ərazisindən keçən hissəsində təmizlik işləri aparılmışdır.
Sizləri təmizliyə riayət etməklə təbiəti qorumağa çağırırıq.