Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl, Sabahın xeyir!

13 mart 2023 | 09:38
Balçılı kəndi yaxınlığında e.ə. 2-ci minilliyə aid qəbir abidələr vardır.
Balçılı kurqanlarından tunc təbərzin, toppuz, nizə, iynə, bilərzik, düymələr, mismar, sümük əşyalar, saxsı məmulatı və s. tapılmışdır. Ölülər daş qutu, quyu və dördkünc formalı torpaq qəbirlərdə dəfn edilmişdir. Paşatəpə adlı kurqanda qəbir taxta tirlərlə üç mərtəbəyə bölünmüşdür. Alt mərtəbədə adam və at skleti, silah, gil qablar, Orta mərtəbədə heyvan sümükləri aşkar olunmuşdur. Qəbrin üstündə tonqal qalandığından alov ən üst mərtəbəni məhv etmişdi. Tapılan əşyalar dəfn edilənin həm zəngin, həm də hərbçi olduğunu göstərir. #Kurqanlar Azərbaycanda Tunc dövründən sinifli cəmiyyətə keçidi göstərir.
Keçidlər