Göygöl rayonunun Topalhəsənli kəndində yaralı əsgərimiz ziyarət edilmişdir.
07 oktyabr 2022 | 09:21
12-14 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Kəlbəcər rayonu ilə Ermənistan Respublikası sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi silahlı toqquşma nəticəsində sağ ayağının daban nahiyəsindən qəlpə yarası almış əsgərimiz Rüstəmov Əli Arif oğlu Göygöl rayonunun Topalhəsənli kəndindəki evlərində ziyarət edilmişdir. Ziyarətdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev,
Toplhəsənli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə Azad Abbasov və kənd bələdiyyəsinin sədri Validə Hacıyeva iştirak etmişlər.
Xatırladaq ki, Rüstəmov Əli Arif oğlu 21 fevral 2004-cü ildə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuşdur. 2022-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırilmişdır. Məlum hadisələr zamanı sağ ayağının daban nahiyəsindən qəlpə yarası alan Əli Rüstəmov Gəncə şəhərindəki hərbi hospitalda müalicə olunduqdan sonra məzuniyyət alaraq rayonun Topalhəsənli kəndindəki evlərinə gəlmişdir. Məzuniyyət müddəti bitdikdən sonra o hərbi xidmətini davam etdirmək üçün hərbi hissəsinə qayıdacaqdır.