Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunun təmizliyi diqqət mərkəzində saxlanılır

11 mart 2023 | 15:15

Göygöl şəhər ərazisində yerləşən qəbiristanlıqlarda təmizlik işləri aparılmışdır. Göygöl şəhər İcra Nümayəndəliyi, Şəhər Bələdiyyəsi, Azərbaycan Avtomobil Yolları Göygöl rayon idarəsi və Göygöl  Mənzil Kommunal Təsərrüfatı İstehsalı birliyinin birgə təşkilatçılığı ilə ərazidən daş, qum və zibil tullantıları ağır texnikaların vasitəsi ilə kənarlaşdırılmış, torpaq yollara qum, çınqıl örtüyü tökülərək hamarlaşdırılmış və rayonun bəzi ərazilərində  iməcilik işləri aparılmışdır.

Hörmətli Göygöl rayon sakinləri, təmizliyə riayət etmək hər birimizin borcudur.

Keçidlər