Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunun içməli su təminatı yaxşılaşdırılır

27 fevral 2023 | 18:50
Ölkə Rəhbəri cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən keçirilən vətəndaş qəbullarında qaldırılan hər bir məsələyə xüsusi diqqət və qayğı ilə yanaşılır. Belə ki, Göygöl şəhəri və kəndlərin şəffaf içməli su təminatında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə Azərsu ASC tərəfindən Kürəkçayin murov qolundan d-400 mm. 1400 p/ m plastik su xətti çəkilərək bənövşəli magistral xəttinə qoşulmuşdur və xəttə 24 saat içməli suyun verilişi təmin olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev görülmüş işlərlə yerində tanış olmuş və bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirmişdir.
Keçidlər