Göygöl rayonunun bir sıra kəndlərində baş vermiş təbii fəlakət nəticəsində yaranmış problemlər aradan qaldırılır
27 may 2023 | 15:55
Son günlərdə Göygöl rayonunda havanın intensiv yağıntılı keçməsi ilə əlaqədar rayon ərazisindən keçən Gəncəçayının suyunun artaraq sel və daşqın yaranması nəticəsində rayonun Şəhriyar, Kərəmili, Zurnabad və Topalhəsənli kəndlərində təsərrüfatlara və kommunal xətlərə bir sıra ziyan vurulmuşdur. Hadisə ilə əlaqədar olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Göygöl rayon 24 saylı Yol İstismar idarəsinin, Göygöl Elektrik şəbəkəsinin, Göygöl Su-kanal idarəsinin, Göygöl Suvarma Sistemləri idarəsinin və Gəncə regional Qaz İstismar İdarəsinin Göygöl rayon Xidmət Sahəsinin canlı qüvvə və texnikalarının köməyi ilə qəza yerində dəymiş ziyan müəyyən olunaraq fəsadlar aradan qaldırılır.