Göygöl rayonunda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir
Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin mühüm prioritetləri sırasındadır. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çərçivəsində bu gün Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu qurulur və irimiqyaslı layihələr həyata keçirilir. Respublikamızın paytaxtında, eləcə də regionlarda kənd və qəsəbələri birləşdirən yolların, yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsində yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir. Göygöl rayonunda da yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilmiş, Göygöl-Kərəmli avtomobil yolu əsaslı təmir olunaraq asfalt örtüyü çəkilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.