Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda yeni salınmış yaşayış massivlərinə qaz xətti çəkilib

07 iyun 2022 | 18:04

Qaz təchizatı ilə rayonun 1 şəhəri, 6 qəsəbəsi və 26 kəndi təmin edilmiş. 12 kənd qaz təchizatı ilə təmin edilməmişdir və rayonun qazlaşması bu günə 73%-dir.  Təbii qazla təmin olunmuş ərazilərdə yeni salınmış yaşayış massivlərində qazlaşma işi davam etdirilir. Belə ki, Quşqara kəndinin yeni salınmış yaşayış massivində 84 ailənin qazla təmin olunması üçün 4200 metr uzunluğunda qaz xətti çəkilmişdir. Göygöl şəhərinin yeni salınmış yaşayış massivində isə Əliağa Vahid küçəsinə 350,0 metr yeni qaz xətti çəkilmiş və küçə sakinləri qazla təmin olunmuşlar. Bu sahədə işlər davam etdirilir.

Keçidlər