Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”ndə növbəti ağacəkmə aksiyası təşkil olunub
29 aprel 2024 | 15:35
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, ”Hərəyə bir ağac əkək, yaşıllığı qoruyaq” devizi ilə keçirilən ağacəkmə aksiyasında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, RİH-nin məsul əməkdaşları, YAP rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri və Göygöl Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları iştirak ediblər.
Göygöl şəhər ərazisində keçirilən ağacəkmə aksiyası çərçivəsində 115 ədəd eldar şamı cinsindən olan tinglər əkilmişdir.