Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”ndə növbəti ağacəkmə aksiyası keçirilib
16 may 2024 | 12:45
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi, Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyi və 10 saylı (Göygöl) Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən Göygöl şəhərinin küçə, park və xiyabanlarında 1150 ədəd Eldar şamı, Xan çinarı və 850 ədəd gül kolları, çiçəklər, Hacıkənd meşəbəyliyinin ərazisində 1,0 ha ərazidə 3300 ədəd çalaya 70 kq palıd toxumu, 10,5 ha ərazidə 3177 ədəd göyrüş tingi və 14 ha ərazidə 650 ədəd qoz tingləri əkilmişdir. Ağacəkmə aksiyasında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi Abidin Rüstəmov, Rayon MKTİB rəisi Pərvin Rəhimli, 10 saylı (Göygöl) RMTM-nin əməkdaşları iştirak ediblər.