Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”ndə ağacəkmə aksiyası təşkil olunub
23 mart 2024 | 11:15
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, 21 mart “Beynəlxalq meşələr günü” münasibəti ilə ağacəkmə aksiyası keçirilib. 10 saylı (Göygöl) RMTM-nin Hacıkənd m/b-nin 2 saylı meşə dolayında keçirilən ağacəkmə aksiyasında Göygöl RİH-nin məsul işçiləri, YAP rayon təşkilatının, 10 saylı (Göygöl) RMTM-nin mərkəzin əməkdaşları, DAİM və rayon ərazi vahidi üzrə nümayəndəlikləri iştirak ediblər. Ağacəkmə aksiyası çərçivəsində 0,50 ha sahədə 1650 ədəd göyrüş cinsindən tinglər əkilmişdir.