Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində növbəti ağacəkmə aksiyası təşkil olunub
22 oktyabr 2024 | 12:15
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18-20 oktyabr tarixlərində rayon ərazində növbəti ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri iştirak ediblər. Üç gün davam edən ağacəkmə aksiyası çərçivəsində 2500-dən çox Eldar şamı, Şərq çinarı, göyrüş, tut, iydə, qarağac və digər ağac növləri əkilmişdir.