Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təmizlik aksiyası keçirilib

08 iyun 2024 | 19:04
Göygöl Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya vəTəbii Sərvətlər idarəsinin birgə təşkilatçılığı və Göygöl Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin, Göygöl Meşə Mühafizəsi və Bərpası idarəsinin dəstəyi ilə Göygöl rayonu Şəhriyar kəndi ərazisində təmizlik aksiyası keçirilib.
Təmizlik aksiyasının məqsədi rayon ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirklənməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması isitqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühit mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Təmizlik aksiyasında Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin müdiri Azər Quliyev və könüllülər iştirak ediblər.
Keçidlər