Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

08 may 2024 | 12:55
Göygöl Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı və 2 nömrəli Yol Yaşıllaşdırılması və Ekologiya MMC-nin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında İcra Hakimiyyəti başçısının müavinləri Arzu Qocayev və Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, 2 nömrəli Yol Yaşıllaşdırılması və Ekologiya MMC-nin direktoru Nizami Çıraqov, QƏQİB rayon təşkilatının sədri Araz Abbasov, gənclər və könüllülər iştirak ediblər.
İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin bütün ərazisində yeni-yeni yaşıllıqların salınmasını zəruri edib. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın təcəssümüdür və eyni zamanda ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verəcəyinə əminlikdən irəli gəlir.
Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylikili” çərçivəsində keçirilən ağacəkmə aksiyası zamanı Göygöl şəhəri ərazidə təmizlik və abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
Aksiyanın keçirilməsində əsas məqsəd cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək ölkəmizdə ətraf mühitin qorunmasını hər zaman diqqətdə saxlamaq, rayon ərazisində yaşıllıqların genişləndirilməsi və ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.
Keçidlər