Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik - COP29-a doğru” tədbir keçirilib

13 may 2024 | 11:38
Göygöl Rayon İcra Hakimiyyətinin və Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə Göygöl Gənclər Evində Ulu Öndər H.Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Yaşıl dünya naminə həmrəylik- COP29-a doğru” tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Arzu Qocayev qeyd etdi ki, Cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili elan edilməsi və Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər Konfransının Azərbaycanda keçirilməsi əlamətdar hadisələrdir. O, rayonda Ətraf mühitin qorunması sahəsində görülən işlərdən bəhs etdi. 150-dən çox rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş direktoru professor İslam Mustafayevin ölkəmizdə ekoloji vəziyyət və “COP29-a aparan yol” haqqında ətraflı məruzəsini, dosent F.Hümbətovun “İşğaldan azad olunmuş ərazilərdə Radioekoloji vəziyyət”, Radiasiya Problemləri İnstitutunun təhsil şöbəsinin müdiri Nərmin Quliyeva “Göygöl ekosistemi və Göygöl Milli Parkı”, mühəndis N.Heydərovun “Mobil ekoloji monitorinq aparatları” haqqında ətraflı məlumat verilib.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Keçidlər