Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

26 fevral 2024 | 19:05
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Göygöl rayon ərazisində Azərbaycanın Dövlət bayrağı endirilib, səhər saatlarında Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon Təşkilatının sədri Vüqar İsayev, rayonun hüququ-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qazilərin iştirakı ilə Göygöl şəhər Şəhidlər Xiyabanında şəhid məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb və şəhidlərin ruhuna dualar oxunub.
Gənclər Evinin foyesində təşkil olunmuş şagirdlərin kompozisiyası dinlənilib və rəsm sərgisinə baxış keçirilib. Sonra “Unutmadıq, Xocalı qan yaddaşımızdır!” mövzusunda dəyirmi masa keçirilib və Xocalı faciəsinə aid film təqdim olunub.
Saat 17.00-da bütün Rayon ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Keçidlər