Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Xocalı Soyqırımı İnsan Hüquqları Kontekstində” mövzusunda dəyirmi masa keçirilib

27 fevral 2025 | 09:36
Göygöl Rayon İcra Hakimiyyətinin, Ombudsmanın Qərb Regional Mərkəzinin, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə Göygöl rayonu Gənclər Evində “Xocalı Soyqırımı İnsan Hüquqları Kontekstində” mövzusunda şəhid ailələrinin, qazilərin, fəal gənclərin, Göygöl rayonu üzrə təhsil, gənclər və idman sektorlarının, YAP Göygöl rayon təşkilatının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə əvvəl Xocalı soyqırımı qurbanlarının və şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, rayon məktəblilərinin Xocalı soyqırımı mövzusunda çəkdikləri rəsmlərə baxış keçirilmiş, mövzu ilə bağlı şerlər ifa edilmişdir.
Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova qeyd etmişdir ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistlərinin məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Ancaq mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xal¬qı¬mızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilmiş məqsədyönlü fəaliyyətləri, xüsusilə də Heydər Əliyev Fondu tərəfindən aparılan “Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasında əldə edilmiş nəaliyyətləri qeyd edən K.İbrahimova bu sahədə ardıcıl tədbirlərin bundan sonra da uğurla davam etdiriləcəyini bildirmişdir.
Tədbirdə çıxış edən Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Xocalı soyqırımı zamanı ermənilər tərəfindən törədilmiş, insan hüquqlarını, beynəlxalq humanitar hüquq normalarını pozan cinayətlər barədə məlumatlar verərək qeyd etmişdir ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən hər il dünyanın ən nüfuzlu təşkilatlarına ünvanlanmış bəyatatlar verilir, Xocalıya ədalətin təmin olunması barədə çağırışlar edilir və qeyd olunan bəyanatlar erməni millətçiliyinin ifşa olunmasında əhəmiyyəti rol oynayır.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək qeyd etdi ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-Lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin edib. Otuz illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün xalqımız Xocalı faciəsi qurbanlarının xatirəsini alnıaçıq, başıuca yad edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.
Tədbirdə mövzu ilə bağlı digər natiqlər də çıxışlar edərək Xocalı soyqırımının bəşəriyyət tarixində törədilmiş ən qəddar cinayətlərdən biri olduğunu diqqətə çatdırmışlar.
Keçidlər