Göygöl rayonunda uşaqların yol hərəkəti qaydalarını və yol nişanlarını öyrənməsi üçün maarifləndirici məşğələ keçirilib
14 noyabr 2022 | 11:50
Noyabrın 14-də Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin aşağı sinif şagirdləri üçün təşkil olunan yol hərəkəti qaydalarının təbliğinə dair maarifləndirici məşğələdə Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları və məktəbin müəllimləri iştirak ediblər.
Məşğələ Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 - 2023-cü illər üçün Dövlət Proqramı”nın 7.4.2.2-ci bəndinin icrasını təmin etmək məqsədi daşıyıb.
Məşğələdə uşaqların diqqəti yolda təhlükəsizlik qaydalarına yönəldilib və yol keçidi qaydaları haqqında onlar məlumatlandırılıblar. Eyni zamanda yol hərəkət qaydaları və yol nişanları barədə şagirdlərə geniş məlumat verilib, qaydalara dair sualları cavablandırıb, şagirdlərə piyada keçidindən keçmə qaydası əyani izah edilib. Rayonda yol hərəkəti qaydalarının təbliğinə dair maarifləndirici tədbirlər davam etdirilir.