Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Uşaqlara qarşı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib

01 noyabr 2022 | 19:21
Məlum olduğu kimi, bu il BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq hüquqları haqqında Konvensiyanın ölkəmiz tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur. Uşaqların müdafiəsi və inkişafının dövlətin siyasətində mühüm yer tutduğunu və uşaq hüquqlarının qorunmasının Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən olduğunu nəzərə alaraq, Ombudsman tərəfindən hər il olduğu kimi 2022-ci ildə də həmin Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan edilmişdir. Elan edilmiş aylıq çərçivəsində 01 noyabr 2022-ci il tarixdə Göygöl Rayon Gənclər Mərkəzində Göygöl Rayon İcra Hakimiyyətinin və Ombudsman Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqlara qarşı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və  humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova tədbiri giriş sözü ilə açaraq elan edilmiş “Uşaq hüquqları aylığı” çərçivəsində rayonda silsilə tədbirlərin keçirildiyini qeyd edərək, uşaq hüquqları haqqında ətraflı məlumat verib və bu məsələyə dövlət tərəfindən daim nəzarət olunduğunu bildirib.
Ombudsman Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Uşaqlara qarşı zorakılığın bir çox növlərini uşaqlara ətraflı izah edərək onları öz hüquqlarını bilməyə və çağrı mərkəzinin əlaqə nömrəsini qeyd edərək istənilən zorakılıqla qarşılaşdıqları zaman həmin nömrə ilə əlaqə yaratmağı tövsiyə etdi.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Orxan Seyidov dini radikalizmlə mübarizə haqqında məlumat verərək məktəbliləri ayıq sayıq olmağa çağırdı və dini yollardan istifadə edərək onların aldadılıb təhsildən yayındıran şəxslər barədə dərhal məlumat vermələrini nəzərlərinə çatdırdı.
Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl Rayon Sektorunun müdiri Elnur Qasımov hər bir uşağın bütün hüquqlarının təhsil sektoru tərəfindən də daim diqqət mərkəzində olduğunu qeyd edərək eyni zamanda məktəblilərə məktəbdə də fikir və söz azadlığının olduğunu və zorakılığa məruz qaldıqları zaman məktəb psixioloqları və müəllimlərlə paylaşmaqlarını onların diqqətinə çatdırdı.
Tədbirdə Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəbiyə Ablayeva və Gənclər Evi Sosial Xidmət Mərkəzinin direktoru Şəhriyar İsmayılzadə çıxış edərək  mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirin sonunda Gənclər evinin foyesində təşkil olunmuş rəsm sərgisinə baxış keçirilib
Keçidlər