Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Uşaq İncəsənət Festivalı çərçivəsində tədbir təşkil olunub

06 may 2025 | 14:54
Uşaq İncəsənət Festivalı (UİF) çərçivəsində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, xalq artisti Rafael Bayramov, festival iştirakçıları və qonaqlar iştirak ediblər.
Proqram Heydər Əliyev Muzeyinə baxışla başlayıb. Qonaqlar muzeydəki eksponatlarla tanış olub, ümummilli liderin irsi haqqında ətraflı məlumat alıblar. Daha sonra şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Tədbirdə xalq artisti Rafael Bayramov çıxış edərək Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsində gördüyü işlərdən danışıb və bu irsin yaşadılmasının vacibliyini vurğulayıb. Festival iştirakçıları tərəfindən təqdim olunan musiqi və bədii nömrələr tədbirə rəng qatıb.
Keçidlər