Göygöl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr olunmuş müxtəlif idman yarışarı təşkil olunub-09-05-2025
09 may 2025 | 16:55
2025-ci il “Konstitusiya və Suverenlik İli”ndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Göygöl rayonunda kikboksinq üzrə Göygöl birinciliyi, aşihara karate üzrə Göygöl Kuboku və məktəblilər arasında başketbol idman növü üzrə rayon birinciliyi keçirilib. Müxtəlif çəki dərəcələrində keçirilən yarışlarda qalib gələn idmançılar medal və diplomlarla mükafatlandırılıblar.