Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr olunmuş bilik yarışı keçirilib-09-05-2025

09 may 2025 | 10:50

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı bilik yarışı keçirilib. Yarışda 24 məktəbi təmsil edən komanda iştirak edib. Bilik yarışı Ulu Öndərin həyatı, iş fəaliyyəti, dövlət və xalq qarşısında böyük xidmətləri ilə bağlı hazırlanmış suallar əsasında keçirilib. Yarış 3 mərhələdən ibarət olub. Final mərhələsində rəqabətli və maraqlı yarışın nəticəsində Göygöl rayon Gəncə kənd tam orta məktəbin komandası I yerə, Üçtəpə kənd tam orta məktəbin komandası II yerə, Yeni Qızılca kənd tam orta məktəbin komandası III yerə, Kərəmli kənd tam orta məktəbin komandası isə IV - həvəsləndirici yerə layiq görülüb. Sonda qalib komandalara diplomlar təqdim edilib.

Keçidlər