Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir

14 iyul 2023 | 19:26
Göygöl Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı, Gənclər və İdman idarəsi və Gənclər evinin birgə təşkilatçılığı ilə ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib. Göygöl rayon Gənclər evində keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar şöbəsinin müdiri Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və digər aidiyyəti şəxslər iştirak edib. Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dəyirmi masada çıxış edən natiqlər qeyd ediblər ki, ulu öndər Heydər Əliyevin 14 iyulda hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. Tezliklə ölkədə adambaşına düşən ümumdaxili məhsul istehsalı 2,5, sənaye istehsalı 3, kənd təsərrüfatı məhsullarının 2 dəfə artımına nail olundu. Bununla yanaşı, 1969-cu ildən 1982-ci ilə qədər ölkədə 250 zavod, fabrik və sex tikilərək, 2 milyondan artıq vətəndaşın mənzil təminatı həll olundu. 1982-ci ildə ölkədə pambıq istehsalı 1 milyon tona qədər yüksəlmişdi. Üzüm istehsalında statistik vəziyyət göstəricisinə görə, 1980-ci ildə 1,5 milyon ton olduğu halda 1969-cu ildəki bu göstəricidən 5-6 dəfə yüksək idi. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi sayəsində Azərbaycan ittifaq ölkələrindən fərqli olaraq, SSRİ məkanında iki respublika - Rusiya Federasiyası və Azərbaycan dotasiya olmadan yaşayırdı.
Bu dövrdə Azərbaycanın şəhər və kəndlərində 700-ə qədər məktəb binası istifadəyə verilmiş, ali məktəblərin sayı 12-dən 17-yə, təhsil alan tələbələrin sayı isə 70 mindən 100 min nəfərə çatdırılmışdır. Əsası qoyulan təhsil ənənələri sırasında respublikada zəruri ixtisaslara yiyələnmələri üçün azərbaycanlı gənclərin keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilməsi praktikası xüsusi yer tutub. Əgər 1969-cu il üçün Azərbaycandan kənarda təhsil almağa cəmi 47 nəfərin göndərilməsi planlaşdırılırdısa və bunların əksəriyyəti qeyri-azərbaycanlı olurdusa, artıq 80-ci illərin əvvəllərində 1000-1400 nəfər respublikadan kənarda təhsil almağa göndərilirdi və onların böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi.
Çıxışlarda sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş səndəli film nümayiş olundu.
Keçidlər