Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Ümumdünya Mülki Müdafiə Günü” nə həsr olunmuş nümunəvi mülki müdafiə məşqi keçirilib

04 mart 2024 | 18:20
Göygöl şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən məşqdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdiri Kəmalə İbrahimova, İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşı mayor Fuad Muradov, Rayon Təhsil sektorunun əməkdaşları və məktəbin kollektivi iştirak ediblər.
Məşqdə məktəb üzrə Mülki Müdafiə işinin plana uyğun təşkili ilə bağlı nəzəri və praktiki fəaliyyəti nümayiş etdirilib.
Məşqin keçirilməsinin məqsədi təbii fəlakət zamanı davranış qaydalarına əməl etmək üçün hazırlıq vəziyyətinin yoxlanılması və təbii fəlakətin nəticələrinin aradan qaldırılması sahəsində vərdişlərin aşılanmasıdır.
Keçidlər