Göygöl rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilib
Dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin vəfatından 20 il keçir. Respublikamızın bütün bölgələrində olduğu kimi, Göygöl rayonunda da Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi qeyd edilib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi, Yeni Azərbaycan Partiyası Göygöl rayon Təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəxsi heyəti, hərbiçilər, qazilər və şəhid ailələri, idarə, müəssisə və təşkilat kollektivləri, ictimai təşkilatlar, icra nümayəndələri və bələdiyyə sədrləri, ağsaqqallar, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri Göygöl Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Ulu Öndər Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuza nur saçır.