Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda məktəblilərarası inşa yazı müsabiqəsi keçirilib

09 may 2024 | 13:56
Göygöl Rayon İcra Hakimiyyəti, YAP Göygöl rayon təşkilatı, Təhsil sektoru , Gənclər İdman sektoru və Göygöl Gənclər Evi SXM birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda məktəblilərarası inşa yazı müsabiqəsi keçirilib.
Müsabiqədə rayonun 42 ümümtəhsil məktəbindən olan IX-XI sinif şagirdləri iştirak edib və qaliblər müəyyən olunub.
Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı Göygöl rayonunda silsilə tədbirlər davam edir və 10 may 2024-cü il tarixdə keçiriləcək yekun ümumrayon tədbirində qaliblərin təltif olunması nəzərdə tutulur.
Keçidlər