Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Türk dövlətləri milli ağaclandırma günü” münasibəti ilə ağaçəkmə aksiyası keçirilib

11 noyabr 2024 | 12:33
Hər il 11 noyabr tarixində ənənəvi olaraq keçirilən qardaş Türkiyənin başlatdığı ağacəkmə aksiyası Azərbaycanda növbəti dəfə təşkil olunub və ölkə ərazisində gün ərzində, ümumilikdə 111 min 111 ağac əkilib.
Göygöl 10 saylı RMTM-nin Hacıkənd m/b-nin 2 saylı meşə dolayında keçirilən ağacəkmə aksiyasında Göygöl Rayon İcra hakimiyyətinin, YAP rayon təşkilatının, 10 saylı (Göygöl) RMTM-nin, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin, Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Göygöl GənclərEvinin, FHN- nin, Göygöl Milli Parkının, 10 saylı Nəqliyyat idarəsinin, Milli Hidrometrologiya İdarəsinin, Göygöl Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin, rayon ərazi vahidi üzrə nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşları iştirak edib və həmin aksiya çərçivəsində Adi şam (2007 ədəd), Xırda yarpaq cökə (472 ədəd), Qafqaz cökəsi (86 ədəd), Livan sidri (115 ədəd), Horizontal dovşan alması (50 ədəd), Franşet dovşan alması (150 ədəd), Adi zirnic (140 ədəd), Üvəz (50 ədəd) və Palıd (260 ədəd) və tinglərindən cəmi 3330 ədəd olmaqla 1.0 ha sahədə 3x1 sxemində meşə əkini işləri aparılmışdır.
"Türk dövlətləri milli ağaclandırma günü“ Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə də kütləvi ağacəkmə aksiyaları ilə qeyd olunur.
İrimiqyaslı ağacəkmə aksiyalarının keçirilməsi və yeni yaşıllıq sahələrinin salınması dünya dövlətlərinin, o cümlədən Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün götürdüyü öhdəliklərə, qoşulduğu təşəbbüslərə dəstək və töhfədir.
Keçidlər