Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Torpaq qanunvericiliyinin tələblərinə riayət olunması” mövzusunda iclas keçirilib

15 noyabr 2022 | 15:57
“Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.11.5. və 4.16.3 bəndlərinə  əsaslanaraq torpaq qanunvericiliyinin tələblərinə riayət olunmasını təmin etmək, torpaqlarda istifadəyə və onların mühafizəsinə Dövlət nəzarət tədbirlərini daha da gücləndirilməsi məqsədi ilə Göygöl Rayon İcra Hakimiyyəti başçısının 11 noyabr 2022-ci il tarixli, 310 saylı Sərəncamı ilə yaradılmış Komissiyanın iclası keçirilib.  Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən iclasda Komissiya üzvləri və inzibati ərazi dairələri üzrə  nümayəndə və bələdiyyə sədrləri iştirak ediblər.
İclasda Sərəncamdan irəli gələn məsələlərin operativ həllinə nail olunması üçün görüləcək işlər və qarşıda duran məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir. Qərara əsasən yaradılmış torpağa nəzarət monitorinq qruplarının fəaliyyəti müəyyənləşdirilmişdir.
Keçidlər