Göygöl rayonunda təmizlik aksiyası keçirilib
05 iyun 2023 | 14:52
“5 İyun – Ətraf Mühitin Mühafizəsi Günü” münasibəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin, Göygöl Rayon İcra Hakimiyyətinin, Göygöl Suvarma sistemləri idarəsinin, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional İdarəsinin dəstəyi ilə Göygöl şəhər ərazisində Gəncə çayı sahilində növbəti təmizlik aksiyası keçirilib.
Təmizlik aksiyasının məqsədi rayon ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirklənməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması isitqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühit mühafizəsinə münasibətini dəyişməklər ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Təmizlik aksiyasında Göygöl Rayon İcra hakimiyyətinin başçısı Aparatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin məsul şəxsləri və könüllülər iştirak ediblər.