Göygöl rayonunda “Təmiz ölkəm” devizi altında Təmizlik Marafonu keçirildi
31 iyul 2024 | 19:50
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə respublika ərazisində məişət və digər tullantıların təmizlənməsi ilə əlaqədar təşkil olunmuş "Təmiz ölkəm" devizi altında ümumrespublika təmizlik marafonu aksiyası çərçivəsində Göygöl rayonunun inzibati ərazisinin 10 saylı RMTM-nin Hacıkənd meşəbəyliyinin 5 saylı dolayısı ilə sərhəd Yeni Zod bələdiyyəsinin ərazisində Göygöl Rayon İcra Hakimiyyətinin, 10 saylı RETSİ-nin, 10 saylı RMTM-nin, Göygöl Milli Parkının, 10 saylı Nəqilyyat İdarəsinin, Qərb Regional Hidrometerologiya Mərkəzinin, Göygöl rayon MKTİB-nin, Göygöl rayon Yeni Zod kənd İcra Nümayəndəliyinin, Yeni Zod kənd bələdiyyəsinin, Göygöl Gənclər Evinin, Göygöl Rayon Çaykənd Aşıqlar Evinin və Göygöl Dövlət Aqrar Mərkəzinin əməkdaşlarının iştirakı ilə iməclik təşkil edilərək təmizlik işləri həyata keçirilmişdir.
Keçirilən aksiya çərçivəsində 80 nəfərin iştirak ilə təxminən 620 kq tullantılar politelin torbalara yığılaraq ərazidən kənarlaşdırılmışdı.