Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda tədbirlər planına uyğun olaraq "İdman həftəsi" keçirilmişdir

05 mart 2023 | 13:47
Göygöl Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və "Sensey" kikboksinq idman klubunun dəstəyi ilə nümunəvi çıxışlar təşkil edilmişdir. Balçılı kənd 1 saylı tam orta məktəbin idman zalında keçirilən tədbirdə 20 idmançı iştirak edib. Tədbirin əsas məqsədi idmanın kütləviliyini artırmaq, yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, kikboksinq idman növü ilə məşğul olanların peşəkarlığını artırmaq olub.
"İdman həftəsi" tədbirlər planına uyğun olaraq Göygöl şəhər 1 saylı tam orta məktəbdə 4 qat Dünya və 2 qat Avropa çempionu olmuş məşqçi Musa Musazadə tərəfindən Aşihara karate idman növü üzrə ustad dərsləri keçirildi.
Ustad dərsi gənclərdə idmana həvəs oyatmaqla yanaşı, onlara idmanın insan həyatındakı vacib rolunu aşılamış oldu.
"İdman həftəsi" çərçivəsində uşaq və yeniyetmələrin idmana cəlb edilməsi, idmanda kütləviliyin artırılması məqsədilə rayon orta ümumtəhsil məktəblərində "Gimnastika saatları" və "İdmanda uğur qazanmış idmançılarla görüş saatları" həyata keçirilib.
Keçidlər