Göygöl rayonunda taxıl biçininə start verilib
21 iyun 2023 | 22:15
Bu il rayon ərazisində 5 min 44 hektar sahədə taxıl əkilib ki, bunun 3 min 284 hektarı buğda, 1 min 760 hektarı isə arpa sahəsidir. Taxıl biçini prosesinin idarə olunması məqsədilə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzlərində yaradılmış qərargahın üzvləri aidiyyatı üzrə sahələrə təhkim olunaraq biçinin optimal müddətdə başa çatdırılması, məhsulun vaxtında və itkisiz yığılması üçün koordinasiya olunuraraq, taxıl biçinində gedişatı gündəlik olaraq nəzarətdə saxlamaqla operativ zəruri tədbirlər həyata keçirir.
Fermerlərimizə uğurlar arzu edirik, çörəyimiz bol olsun!