Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda taxıl biçini uğurla başa çatmış, digər təsərrüfatlarda işlər davam etdirilir

09 avqust 2023 | 18:50
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov və Mərkəzin mütəxəssisləri tərəfindən rayon ərazisində fəaliyyət göstərən müxtəlif əkinçilik təsərrüfatlarına baxış keçirilib və fermerlərlə görüşülüb. Görüş zamanı Arzu Qocayev fermerlərin problemləri ilə maraqlanaraq aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini bildirmişdir.
Göygöl rayonunda 2023-cü ilin məhsulu üçün 5044,0 hektar sahədən 8252 ton məhsul yığılmışdır. Yığılmış məhsulun 5005 tonu buğda, 3247 tonu isə arpa olmuşdur. Biçilmiş taxıl sahələrinin 150,8 hektar ərazisində təkrar əkin aparılmış, qarğıdalı, günəbaxan və darı səpilmişdir.
Eyni zamanda Göygöl rayonunun qədim ənənələrinə malik olan moruqçuluq təsərrüfatlarında 138,0 hektar sahədə əkin aparılmışdır. Cari ildə sahələrdən 35 tondan artıq məhsul toplanmış və işlər davam etdirilir.
Keçidlər