Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda taxıl biçini davam edir

04 iyul 2022 | 17:51

Göygöl rayonunun ərazisində 2022-ci ilin məhsulu üçün 7020,0  ha payızlıq dənli-taxıl bitkilərinin əkini aparılmışdır. Hazırda rayon ərazisində biçin işləri aparılır. Bu günə kimi 1132,0 ha sahədə arpa, 170 ha sahədə isə buğda məhsulu tədarük edilmişdir. Bugünədək sahələrdən 590,0 ton buğda, 3057,0 ton arpa məhsulu yığılmışdır.   

 Qeyd edirik ki, rayonda taxıl biçininə "Aqroservis" ASC-nin və rayonda fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə məxsus 17 ədəd taxılbiçən kombayn cəlb olunub. Rayonda kombaynlara olan tələbat əvvəlcədən müəyyən edilmişdir. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilmişdir. Sözügedən sistemə nəzarət isə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir.

 Hazırda rayon ərazisində taxıl biçini davam etdirilir. Məhsulun vaxtında və itkisiz yığılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilmişdir. 

Keçidlər