Göygöl rayonunda suvarma suyuna olan tələbat yaxşılaşdırılır
05 yanvar 2023 | 17:06
Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən rayonun Xaqani və Quşqara kəndlərində yerləşən, məhsuldarlığını tam itirmiş iki ədəd subartezian quyusu yenidən qazılaraq bərpa olunmuş və sakinlərin istifadəsinə verilmişdir.
“Xan arxı” kanalı lil və tullantılardan təmizlənmiş, su itkisinin qarşısının alınması məqsədi ilə 2 km hissəsi beton üzlüyə alınmışdır. Bu istiqamətdə işlər davam etdirilir.