Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Şuşa, sən azadsan!” adlı tədbir keçirilib

09 sentyabr 2022 | 14:01
     Göygöl Rayonda İcra Hakimiyyəti, Şəmkir Regional Mədəniyyət İdarəsi Göygöl rayon Mədəniyyət Mərkəzi və Aşıq Şəmşir Adına Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə  Azərbaycanımızın mədəniyyət paytaxtı  Şuşa şəhərinin 270 illiyi, eləcə də, 2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı  “Şuşa, sən azadsan!” adlı tədbir keçirilib. Tədbirdə ilk öncə bizi zəfərə qovuşduran və “Vətən” müharibəsində igidlik göstərərək canlarından keçən vətən oğullarımızın, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     Tədbirdə çıxış edən Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Qarabağın tacı Şuşa şəhərinin işğalçılardan azad edilməsi Azərbaycan tarixi üçün yeni dönəmin başlanması oldu, müharibənin sonrakı gedişinə həlledici və əhəmiyyətli təsir göstərdi. 8 Noyabr Azərbaycan tarixinə “Zəfər günü” kimi qeyd olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 may 2021-ci il sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın “Mədəniyyət paytaxtı”,  5 yanvar 2022-ci il tarixli sərəncamı ilə Azərbaycanda “Şuşa ili” elan olundu. Bundan sonra Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olan Şuşa şəhərinin mədəni irsinin bərpası və  yenidən qurulmasına diqqət artırıldı. Şuşada tarixi abidələrin  qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı. Şuşada keçirilən “Xarı bülbül”  festivallarına müxtəlif ölkələrdən elm, incəsənət xadimləri, görkəmli insanlar, jurnalistlər dəvət olundu. Bütün dünya içtimaiyyətinin nəzərinə çatdırıldı ki, Şuşa azaddır, Şuşa Azərbaycanın əbədi və tarixi torpağıdır.  Artıq Şuşa öz növrağına qovuşub.
     Şəmkir Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini icra edən Nurəddin Mehtiyev isə öz çıxışında bildirib ki, Şuşa Zaqafqaziyanın konservatoriyasıdır, Şuşa muğamın beşiyidir. Azərbaycan muğamı və musiqisi Şuşada yaşayıb yaradan Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Sadıxcanın, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Qurban Primovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun və adları Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılan digər böyük sənətkarlarımızın  sayəsində daha da inkişaf edib bu günə qədər gəlib çatıb. Bu gün muğamımız, tarımız, kamanımız, aşıq sənətimiz, Azərbaycanın Yuneskoda qeyri-maddi, mədəni irsi siyahısında təmsil olunur və qorunur. Muğamımızı yaşadan bu irsi şərəflə öz həyatının amalına çevirən insanlıar Şuşa muğam ustadlarından bəhrələnərək Azərbaycan muğamını dünya musiqisi arenasında tanıtdırır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti,  Mehriban xanım Əliyeva Azərbaycan muğamına böyük diqqət və qayğı göstərir. Bunun nəticəsidir ki,  gəncərimiz muğama böyük maraq göstərir.
     Sonra Rayon Mədəniyyət Mərkəzində yeni yaradılan “Büsat” instrumental ansamlının müşaiyyəti ilə tədbir iştirakçılarına  geniş konsert proqramı təqdim olunub. Konsert proqramında  torpaq və vətən sevgisini özündə yaşadan mahnılar səsləndirilib, xalq şairi Səməd Vurğunun “Vaqif” dramından bir parça təqdim olunub, tamaşaçılar “Dastan ” aşıqlar qrupunun ifasında aşıq havaları dinləyib.
Keçidlər