Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Sülh mədəniyyəti və insan hüquqları” mövzusunda tədbir keçirilib

24 sentyabr 2024 | 09:10
21 Sentyabr – Beynəlxalq Sülh Günü ərəfəsində Göygöl Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə Göygöldə “Sülh mədəniyyəti və insan hüquqları” mövzusunda tədbirlər təşkil olunub. Tədbirdə çıxış edən Göygöl Rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova mövzunun əhəmiyyətini vurğulayaraq çıxışında qeyd edib ki, insan hüquq və azadlıqlarının təmin edilməsi vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur.
Tədbirlərdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov cəmiyyətdə bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması istiqamətində Müvəkkilin fəaliyyəti barədə məlumat verib, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərdən danışıb.
Tədbirdə həmçinin Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə çıxış edərək müstəqil və müasir Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi sahəsində dövlətin rolundan danışıb. Tədbirdə, həmçinin mövzu üzrə fikir mübadilələri aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər