Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici görüş keçirilib

15 may 2024 | 09:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda Göygöl Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Göygöl Rayon İcra Hakimiyyətində maarifləndirici görüş keçirilib.
Görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsinin baş məsləhətçisi Bəxtiyar Seyidov, məsləhətçi Rəsul Rəhmanov, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev, Göygöl Suvarma Sistemləri İdarəsinin, Göygöl Sukanal İdarəsinin, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin və aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.
Arzu Qocayev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənmiş, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlərin həyata keçirildiyi və daim rayon sakinləri arasında su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə əlaqədar maarifləndirmə işlərinin aparıldığını bildirmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Bəxtiyar Seyidov və Rəsul Rəhmanov dünyanın bir çox ölkələrində iqlim dəyişikliyi ilə əlaqədar su ehtiyatlarının azaldığından, insanların su çatışmazlığından əziyyət çəkdiyindən, ölkəmizdə əhalinin içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı dövlət səviyyəsində həyata keçirilən layihələrdən və nəzərdə tutulan tədbirlərdən bəhs ediblər. Eyni zamanda Respublikamızda mövcud su ehtiyatları barədə ətraflı məlumat vermişlər.
Çıxış edən digər iştirakçılar da, ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması müşahidə edildiyindən hər bir vətəndaşın sudan qənaətlə istifadə etməsini, dünyada su ehtiyatının azalması barədə təhlükənin ciddiyə alınmasını tövsiyə ediblər.
Su ehtiyatlarından səmərli istifadə ilə bağlı verilən məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Keçidlər