Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda şair-publisist Salman Qaraların “Adım Ələsgərdi” kitabının təqdimat mərasimi keçirilib

18 dekabr 2024 | 13:19
Göygöl Rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl rayon Mədəniyyət Mərkəzi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Göygöl rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Balakişiyev Salman Vəli oğlunun - Salman Qaraların 65 illik yubileyi ərəfəsində “Adım Ələsgərdi” kitabının təqdimat mərasimi keçirilib.
Göygöl rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, təhsil işçiləri, ictimaiyyət nümayəndələri, qonaqlar və ziyalılar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Mədəniyyətinin hamisi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ilk olaraq şairin həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub.
Tədbirdə çıxış edən natiqlər şairin həyat və yaradıcılığından söz açaraq şairə bu yolda yeni uğurlar arzulayıblar. Eyni zamanda vurğulanıb ki, Salman Balakişiyevin indiyədək iki kitabı çapdan çıxıb. "Köksüz qayalar", "Şəhid torpaqlar". "Adım Ələsgərdi" Salman Balakişiyevin 3-cü kitabıdır. Sonda tədbir iştirakçılarına Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl rayon Mədəniyyət Mərkəzinin “Nərgiz” xalq kollektivinin hazırladığı konsert proqramı təqdim olunub.
Keçidlər