Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Qərbi Azərbaycan və milli rəqslərdən ibarət konsert təşkil olunub

19 fevral 2024 | 18:30
Göygöl Rayon İrəvan İdman Klubunun tərkibində fəaliyyət göstərən İrəvan Rəqs bölməsinin təşkilatçılığı ilə “İrəvanla döyünən ürəklər” adlı Qərbi Azərbaycan və milli rəqslərdən ibarət konsert proqramı keçirilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev və eləcə də rayon ictimaiyyəti iştirak ediblər.
Konsertdə 80 dən çox şagirdin rəqs nömrələri nümayiş olunub, sonra icra başçısı Elvin Paşayev iştirakçılara xoş arzularını çatdıraraq, klubun gələcək fəaliyyətlərində uğurlar diləyib. Sonda xatirə fotosu çəkdirilib.
Keçidlər