Göygöl rayonunda qanvermə aksiyası keçirilib
30 avqust 2022 | 16:51
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı bölməsinin təşəbbüsü və Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının akt zalında 30 avqust 2022-ci il tarixində qanvermə aksiyası keçirilib.
Qan vermək istəyən könüllü donorlar Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim personalı tərəfindən müayinə edildikdən sonra qanvermə aksiyasında iştirak ediblər.