Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda qanunsuz tikintinin qarşısı alınıb

02 oktyabr 2024 | 17:36
Aparılan növbəti monitorinq zamanı rayonun Yeni Qızılca kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq fərdi yaşayış evi tikintisi aparılması faktı aşkar olunub. Aparılan tikinti işləri aidiyyəti şəxslər tərəfindən dərhal dayandırılaraq, söküntüsü təmin edilib.
Qeyd edək ki, monitorinqlər Göygöl Rayon İcra Hakimiyyəti yanında Rayonda tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilir.
Keçidlər